ADİU-nun müəllimi Gəncə Dövlət Universitetində təlim keçib

ADİU-nun müəllimi Gəncə Dövlət Universitetində təlim keçib
# 16 mart 2015 13:43 (UTC +04:00)

Bakı - APA. Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) baş müəllimi Təranə Musayeva Gəncə Dövlət Universitetində “Ali məktəblər üçün tyutor hazırlığı” təlimləri keçib.

ADİU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki ay davam edən təlimdə Gəncə Dövlət, Azərbaycan Dövlət Aqrar, Azərbaycan Texnologiya Universitetləri və Gəncə Humanitar Kollecinin 64 əməkdaşı iştirak edib.

Dinləyicilər Boloniya prosesi, respublikamızda təhsilin inkişafı üzrə dövlət strategiyası, tədris prosesinin təşkili, onun mexanizmi, yay semestrlərinin təşkili, tələbə və müəllimlərin mobilliyi, tələbələrin hüquq və vəzifələri haqqında ətraflı məlumat və biliklər əldə ediblər. Təlim ən müasir, interaktiv üsullarla aparılıb, üstünlük təşkil edən praktiki dərslərin sayəsində gələcək tyutorların peşəkar bilik və səriştəsinin artırılmasına zəmin yaradıb.

Kursu bitirənlərə sertifikat təqdim olunub. Gəncə Dövlət Universiteti təlimin yüksək səviyyədə təşkilinə görə Təranə Musayevanı fəxri fərmanla təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR