Azərbaycan keçiriləcək bələdiyyə seçkilərinin vaxtı gələn həftə məlum olacaq - VİDEO

Azərbaycan keçiriləcək bələdiyyə seçkilərinin vaxtı gələn həftə məlum olacaq - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2014 09:14 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. Dairə seçki komissiyaları sədrləri üçün keçirilən müşavirədə çıxış edən M. Pənahov deyib ki, artıq bələdiyyə seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb. Onun sözlərinə görə, MSK ölkədə demokratik, şəffaf seçkilərin keçirilməsi üçün dövlət orqanları ilə əməkdaşlıq edir. M.Pənahov qeyd edib ki, bu gün Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir: “Azərbaycanda demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün mühüm addımlar atılıb, ölkədə seçkilərin şəffaf və ədalətli keçirilməsinə güclü diqqət var. Azərbaycanın Seçki Məcəlləsi tamlığı və hərtərəfliliyinə görə nəinki Avropada, bütün dünyada seçilən hüquqi sənəddir və bunu beynəlxalq ekspertlər də təsdiq edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR