Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış başlayır

Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış başlayır
# 06 aprel 2015 08:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda keçiriləcək sonuncu sınaq imtahanına yazılış aprel ayının 8-də başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, Komissiya tərəfindən 2015-ci ildə abituriyentlər üçün sonuncu sınaq imtahanı mayın 3-də keçiriləcək. Həmin imtahan iştirakçılarına yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq. Bu imtahana yazılış aprelin 8-dən etibarən aparılacaq.

Qeyd edək ki, bu il Azərbaycanda abituriyentlərin qəbul imtahanlarına hazırlaşmalarına kömək məqsədilə 4 sınaq imtahanı keçirilməsi nəzərdə tutulub. Onlardan I sınaq imtahanı artıq aprelin 5-də keçirilib. II sınaq imtahanı aprelin 12-də, III sınaq imtahanı aprelin 19-da, sonuncusu isə mayın 3-də olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR