Sumqayıtda telefon oğrusu tutulub

Sumqayıtda telefon oğrusu tutulub
# 07 avqust 2015 08:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da Aidə Fərruxlunun evindən 2 ədəd mobil telefon oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Kərimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR