İranda yaşayan ermənilər Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər

İranda yaşayan ermənilər Türkiyə səfirliyi qarşısında aksiya keçiriblər
# 27 fevral 2013 16:34 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. Türkiyənin İrandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, İranda yaşayan bir qrup erməni kökənli ölkə vətəndaşı Türkiyənin Tehrandakı səfirliyi qarşısında toplaşaraq Suriyada baş verən böhrandan və tökülən qanlardan rəsmi Ankaranın məsuliyyət daşıdığını bildiriblər. Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndirən nümayişçilər rəsmi Ankaranın Dəməşqin daxili işlərinə qarışmasını pisləyiblər. Aksiyada İrandakı erməni icmasının nümayəndələri də iştirak edib. Piketin sonunda bəyanat oxunulub.

Bəyanatda Türkiyə rəhbərliyinin 1915-ci ildə qondarma erməni soyqırımı, 1925-ci ildə qondarma assuri soyqırımı və 1938-ci ildə qondarma ələvi soyqırımı “törətdiyi” qeyd olunub: “Jurnalist Hrant Dinkin qətli, kürdlərə qarşı təzyiqlər və ziyalıların təhdid edilməsi Türkiyənin indiki hökumətinin əvvəlki rəhbərliklərin irqçi siyasətini davam etdirməsinin bir göstəricisidir. Eyni zamanda rəsmi Ankara Yunanıstan, Kipr, Ermənistan kimi qonşu ölkələrinin ərazi bütövlüyünü pozur. Bu baxımdan Türkiyə Suriya böhranında bitərəf və konstruktiv rol oynaya bilməz. Suriya böhranı Türkiyə başda olmaqla xarici müdaxilə olmadan sülh yolu ilə həll edilməli, İrannın təqdim etdiyi 6 maddəlik təkliflər paketi olduğu kimi Suriya böhranının milli uzlaşma müzakirələri çərçivəsində aşılmalı, ölkədə daimi dinclik və sabitlik bərqərar edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR