Ufada Rusiya və İran prezidentləri arasında görüş keçiriləcək

Ufada Rusiya və İran  prezidentləri arasında görüş keçiriləcək
# 02 iyul 2015 21:38 (UTC +04:00)

Bakı. Rusiyanın Ufa şəhərində Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında görüş keçiriləcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS təşkilatına üzv ölkələrin gələn həftə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

“Rusiya və İran prezidentlərinin görüşü həqiqətən gözlənilir. Hazırda görüşə hazırlıq işləri gedir”, deyə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Qeyd edək ki, ŞƏT və BRİKS sammitləri Rusiyanın sədrliyi ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR