Allahşükür Paşazadə Türkiyə baş nazirinin baş müşaviri ilə görüşüb - FOTO

Allahşükür Paşazadə Türkiyə baş nazirinin baş müşaviri ilə görüşüb - <span style="color: red;">FOTO
# 11 mart 2015 09:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Türkiyə baş nazirinin baş müşaviri Bəkir Karlığa ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə şeyxülislam bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər qardaşlıq nümunəsidir. O qeyd edib ki, qardaş ölkələr arasında heç vaxt problem olmur: “Ən ağır gündə biz azərbaycanlıların gözü sizdə olur. Yaxın tarixdə Azərbaycanın başına gələn təcavüzlərdə, faciələrdə Türkiyə həmişə bizimlə olub. Müstəqil Azərbaycan dövləti ilə Türkiyə, eləcə də dövlət başçıları arasındakı qardaşlıq münasibətlər sevindiricidir. Qarabağ məsələsində dərdimizə şəriksiniz. Bu, artıq bizim ortaq problemimizdir”.

A. Paşazadə qonağın dinlərarası münasibətlərin tənzimlənməsində rolunu da yüksək qiymətləndirərək onu əsl islam alimi adlandırıb.

B. Karlığa da iki ölkə arasında olan münasibətlərin qardaş münasibətlər olduğunu vurğulayaraq Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsini xatırladıb. Onun sözlərinə görə, bu gün dünyanı təhdid edən müharibələr, terror aktları əsasən İslam ölkələrində baş verir və islam xadimləri buna qarşı bir olmalıdır.

Daha sonra görüş mətbuata qapalı davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR