Bakı-APA. Сənubi Sudanın paytaxtı Cubedə BMT sülhməramlılarının mühafizə etdiyi qaçqın düşərgəsində 8 nəfər ölüb, 50-si yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.
“BMT-nin Cənubi Sudandakı missiyasından aldığımız məlumata görə, son sutka ərzində qaçqın düşərgəsində hücumlar nəticəsində 67 nəfər yaralanıb, onlardan 8-i həyatını itirib”, deyə S.Düjarrik bildirib.
Bundan əvvəl BMT-nin digər nümayəndəsi Fərhan Hak Sudanda Çindən olan iki sülhməramlının öldüyünü, daha 7-nin yaralandığını bildirib.
Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər davam edir. Son bir neçə gün ərzində ölənlərin sayı 300-ə yaxınlaşır.