Türkiyədə 3 nazir istefaya gedib - FOTO

Türkiyədə 3 nazir istefaya gedib - <span style="color: red;">FOTO
# 07 mart 2015 09:13 (UTC +04:00)

APA-nın xəbərinə görə, daxili işlər naziri Əfqan Ala, ədliyyə naziri Bəkir Bozdağ və nəqliyyat, dənizçilik, kommunikasiya naziri Lütfi Əlvan vəzifələrindən istefa veriblər.

Ə. Alanın yerinə DİN-in aparat rəhbəri Səbahəddin Öztürk, B. Bozdağın yerinə Ədliyyə Nazirliyinin aparat rəhbəri Kənan İpək, L. Əlvanın yerinə isə Nəqliyyat, Dənizçilik, Kommunikasiya Nazirliyinin aparat rəhbəri Feridun Bilgin müvəqqəti olaraq nazir təyin olunublar.

Qeyd edək ki, Türkiyə Konstitusiyasının 114-cü maddəsinə əsasən parlament seçkilərinə 3 ay qalmış daxili işlər, ədliyyə və nəqliyyat-kommunikasiya nazirləri vəzifədən getməli və seçkilərdən sonra yeni hökumət qurulana qədər bu vəzifələri bitərəf dövlət məmurları tutmalıdır.

Türkiyədə iyunun 7-də növbəti parlament seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR