Koalisiya qüvvələri Yəmən paytaxtındakı aeroporta aviazərbələr endirib

Koalisiya qüvvələri Yəmən paytaxtındakı aeroporta aviazərbələr endirib
# 29 mart 2015 09:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Yəmənin paytaxtı Sana şəhərindəki aeroporta aviazərbələr endirilib.

APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, aeroport husi üsyançılarına qarşı keçirilən əməliyyat zamanı koalisiya qüvvələrinin aviazərbələri nəticəsində dağıdılıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələrinin iştirakı ilə beynəlxalq koalisiya 26 mart tarixində Yəməndə ölkənin böyük bir hissəsini nəzarətə götürən üsyançılara qarşı hərbi əməliyyatlara başlayıb. Koalisiya paytaxt Sanadakı hava limanı və bir sıra digər hərbi obyektlərə aviazərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR