Masallıda intihar hadisəsi baş verib

Masallıda intihar hadisəsi baş verib
# 04 mart 2015 07:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Masallı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Təzə Alvadı kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Rasim Şükür oğlu Bağırov yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR