Rusiyalı nüvə mütəxəssisləri Buşəhr AES-ə baxış keçirəcəklər

Rusiyalı nüvə mütəxəssisləri Buşəhr AES-ə baxış keçirəcəklər
# 12 aprel 2013 15:11 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Rusiyalı nüvə mütəxəssisləri Buşəhr Atom Elektrik Stansiyasına (AES) baxış keçirəcəklər. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb İranın Buşəhr vilayəti ərazisində baş verən zəlzələdir.

AES-in fəaliyyətinə nəzarət edən Rusiyanın “AtomStroyExport” şirkətindən zəlzələnin obyektin normal vəziyyətinə heç bir şəkildə təsir göstərmədiyi, personalın hələ də gündəlik işlərini davam etdirdiyi və şüalanma səviyyəsinin də tamamilə normal vəziyyətdə olduğu bildirilib. Eyni zamanda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik də zəlzələnin Buşəhr AES-ə heç bir zərər vermədiyini açıqlayıb.

Xatırladaq ki, aprelin 9-da yerli vaxtla saat 16:22-də Buşəhr vilayətinin Kaki şəhərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 700 ev dağılıb, 39 nəfər ölüb, 1050 nəfər də yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR