İranda müxalifət liderinin qızları məhkəməyə çağırılıb

İranda müxalifət liderinin qızları məhkəməyə çağırılıb
# 13 fevral 2013 12:26 (UTC +04:00)

APA-nın “Kaleme” saytına istinadən məlumatına görə, naməlum şəxslər Koukəb və Nərgiz Musəviyə zəng edərək, onlardan fevralın 14-də və fevralın 16-da məhkəməyə gəlməyi istəyiblər. Hətta Koukəb Musəvi həbslə də hədələnib.

Qeyd edək ki, fevralın 11-də Koukəb və Nərgiz Musəvilər İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub və bir neçə saat saxlanıldıqdan sonra azadlığa buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR