Tatyana Çaladzenin yeni kitabının təqdimatı keçirilib - FOTO

Tatyana Çaladzenin yeni kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 07 iyul 2014 13:44 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyində jurnalist Tatyana Çaladzenin “Karabaxskaya oteçestvennaya - oni umirali çestno” kitabının təqdimatı keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, hərbçilər, millət vəkilləri iştirak ediblər.


APA-nın məlumatına görə, əvvəlcə keçmiş Ağdərə rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.

Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov T. Çaladzenin həyat yolundan danışıb, onun döyüşlərdə yaralandığını söyləyib.

B. Səfərov T. Çaladzenin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə işıqlandırılmasında mühüm rol olduğunu vurğulayıb. O, kitabda Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından bəhs olunduğunu bildirib. B. Səfərov qeyd edib ki, rusca nəşr olunan bu kitab Azərbaycan dilinə tərcümə olunacaq və məktəblərə paylanacaq.

Çıxış edənlər kitabın əhəmiyyətindən, T. Çaladzenin döyüşlərin işıqlandırılmasında rolundan danışıblar.

Kitab 464 səhifədən və 55 fəsildən ibarətdir. Kitabda T. Çaladzenin döyüş bölgəsindən çəkdiyi fotolar da yer alıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR