Adam oğurluğunda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Adam oğurluğunda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 08 aprel 2015 10:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Əkbər Əlirzayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 15-nə təyin edilib.

Qeyd edək ki, Siyəzən rayon sakini, 1994-cü il təvəllüdlü Ə. Əlirzayev həmyerlisi, 1998-ci il təvəllüdlü Durna Əliyevanı (ad şərtidir) qaçırıb. Qızın valideynlərinin şikayətindən sonra Ə. Əlirzayev tutulub və D. Əliyeva ailəsinə qaytarılıb.

Ə. Əlirzayev Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR