Yəmənin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasına müraciət edib

Yəmənin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasına  müraciət edib
# 06 may 2015 23:28 (UTC +04:00)

Bakı-APA. Yəmənin BMT-dəki daimi nümayəndəsi Xalid Məhəmməd əl-Yəməni ölkəyə quru qoşunlarının yeridilməsi üçün Təhlükəsizlik Şurasına müraciət edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, BMT TŞ-a ünvanlandığı məktubda əl-Yəməni qoşunlarin, ilk növbədə, Ədən və Taiz şəhərlərində mövcudluğunu vacib sayib.

əl-Yəməni həmçinin beynəlxalq insan haqları təşkilatlarından ölkədə dinc sakinlərin hüquqlarının vəhşicəsinə pozulmasına diqqət yetirməyə çağırıb.

Məlum olduğu kimi, mayın 6-da siə üsyançıları (husiləri) dəstəkləyən Yəmən ordusu Ədən şəhərinin Ət-Təvahi inzibati ərazisini tam nəzarət altına alıb.

Qeyd edək ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir. Aprelin 21-də Ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR