Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinə 5 milyon manat ayrılıb

Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinə 5 milyon manat ayrılıb
# 01 fevral 2013 16:09 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR