Moskva Ali İqtisad Məktəbində Azərbaycan mədəniyyət gecəsi keçirilib - FOTOSESSİYA

Moskva Ali İqtisad Məktəbində Azərbaycan mədəniyyət gecəsi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 02 mart 2013 09:26 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Rusiya paytaxtında Azərbaycan mədəniyyət Gecəsi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ali İqtisad Məktəbinin Mədəniyyət Mərkəzində keçirilən gecə Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil olunub.

Ali İqtisad Məktəbinin milli mədəniyyətlər festivalı çərçivəsində keçirilən gecədə iştirak edən qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. Gecədə həmçinin dekorativ tətbiqi incəsənət sərgisi də təşkil olunub.

Gecəni giriş sözü ilə açan Ali İqtisad Məktəbinin prorektoru Tatyana Çetvertinova bugünkü tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, belə tədbirlərin vasitəsi ilə müxtəlif xalqların nümayəndələri olan gənclər bir-birilərinin mədəniyyətləri ilə tanış olurlar.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu gecənin təşkilatçılarına təşəkkürünü bildirib. Səfir Azərbaycan mədəniyyəti gecəsinin çoxmillətli Rusiya cəmiyyətində xalqımızın tarixi-mədəni irsinin təbliğatı baxımından önəmli olduğunu söyləyib.

Gecədə konsert proqramı da təşkil olunub. Proqramda Müslüm Maqomayevin repertuarından mahnılar, muğam və caz kompozisiyaları səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR