Masallıda aztəminatlı ailələrə Novruz sovqatı paylanıb

Masallıda aztəminatlı ailələrə Novruz sovqatı paylanıb
# 18 mart 2013 19:27 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Novruz bayramı ərəfəsində Masallı Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə rayondakı şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə, digər aztəminatlı ailələrə bayram sovqatı paylanıb. APA-nın cənub bürosunun məlumatına görə, RİH-nin nümayəndələri bu kateqoriyadan olan 1000-dən çox ailəyə baş çəkərək, onlara icra başçısı Rafil Hüseynovun bayram təbriklərini çatdırmaqla problemləri ilə maraqlanıblar. Göstərilən diqqət və qayğıya görə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər aztəminatlı ailələr prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR