Bank Of Baku

Azərbaycanda son 1 ildə boşananların sayı 0,5% azalıb

 Azərbaycanda son 1 ildə boşananların sayı 0,5% azalıb
# 13 iyul 2018 19:26 (UTC +04:00)

 

2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah və 6177 boşanma halları qeydə alınıb.

 

APA-Economics” Dövlət  Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

 

Ötən ilin 5 ayı ilə müqayisədə nikahların sayı 2,4%, boşananların sayı 0,5% azalıb.

 

Qeyd edək ki, 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə  nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR