Azərbaycan prezidenti Mərakeş Krallığının daxili işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Mərakeş Krallığının daxili işlər nazirini qəbul edib
# 18 mart 2013 16:07 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti Mərakeş Krallığının daxili işlər naziri Mohaned Lanseri qəbul edib. APA-nın məlumatına görə, daxili işlər naziri Mohaned Lanser Mərakeş Kralı VI Məhəmmədin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Mohaned Lanser “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi ” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunmasına görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. 2006-cı ildə ölkəmizə səfər etdiyini xatırlayan qonaq ötən dövr ərzində paytaxtımızda böyük inkişafın şahidi olduğunu deyib.

Dövlət başçısı Azərbaycanla Mərakeş arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığının və bir-birilərini daim dəstəkləməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev Kral VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR