Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi azalıb

Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi azalıb
# 06 iyun 2016 11:36 (UTC +04:00)

Bakı - APA-Economics. ABŞ-da məşğulluqla bağlı açıqlanan statistikadan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunda keçiriləcək iclasında uçot dərəcəsinin artırılmaması ilə bağlı investorların narahatlığına son qoyulub ki, bu da öz növbəsində Rusiya və MDB ölkələrinin suveren istiqrazlarının gəlirliliyinə təsir edib.

"APA-Economics" xəbər verir ki, Azərbaycanın buraxdığı uzunmüddətli istiqrazların gəlirliliyi 7 bənd azalıb.

SOCAR-ın buraxdığı istiqrazların gəlirliliyi 14-17 bənd, "Cənub Qaz Dəhlizi" QSC-nin buraxdığı qiymətli kağızların gəlirliliyi isə 13 bənd azalıb.

Xatırladaq ki, ötən həftənin cümə günü açıqlanan rəsmi statistikaya əsasən, mayda ABŞ iqtisadiyyatında (aqrar sektoru nəzərə almasaq) 38 min yeni iş yeri açılıb. Halbuki, proqnozlar 164 min yeni iş yerinin açılması üzərində qurulmuşdu. Bu, 5,5 illik antirekorddur.

Sözügedən statistika açıqlanandan sonra Federal Ehtiyatlar Sisteminin (FED) iyunun 14-15-də baş tutacaq iclasında uçot dərəcəsinin artırılması ehtimalı az qala heçə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR