Moldovanın müdafiə naziri: “Satılan silah və texnikanın Ermənistana çatdırılması üçün Moldova Ali Təhlükəsizlik Şurasına müraciət edəcəyəm” - VİDEO

Moldovanın müdafiə naziri: “Satılan silah və texnikanın Ermənistana çatdırılması üçün Moldova Ali Təhlükəsizlik Şurasına müraciət edəcəyəm” - <span style="color: red;">VİDEO
# 09 aprel 2013 15:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov, Şamil Əlibəyli-APA. Moldovanın müdafiə naziri Vitali Marinutsa Ermənistan və Ukraynaya silah və texnikanın çatdırılması üçün Ali Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir. APA-nın «Omega» agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Moldova telekanallarından birinə müsahibəsində müdafiə naziri Vitali Marinutsa özü bildirib.

«İndi prokurorluğun qərarına əsasən, bundan sonra nə edəcəyimiz barədə şəxsən Moldova hökumətinə və Prezidentinə məlumat verəcəyəm, Ali Təhlükəsizlik Şurasının çağırılmasını tələb edəcəyəm. Mən müqavilə üzrə öhdəlikləri sona qədər yerinə yetirməyi təklif edəcəyəm, hansı ki sifariş üzrə pulun əhəmiyyətli hissəsi artıq 2011-ci ildə bizim hesabımıza köçürülüb. Düşünürəm ki, o vəsaitin bir hissəsi artıq xərclənib», - deyə nazir vurğulayıb.

Nazir bildirib ki, satılan silahlar artıq Moldova Milli Ordusunun silahlanmasından çıxarılıb və onlara ehtiyac duyulmur.

V. Marinutsa qeyd edib ki, Moldovanın maraqlarını nəzərə alaraq bu sazişdən geri çəkilə bilməzlər. Baş Prokurorluq da bununla bağlı açılmış cinayət işinin dayandırılması haqqında qərar qəbul edib.

Qeyd edək ki, aprelin 4-də «Omega» agentliyi Dövlət dəftərxanasındakı mənbəyə istinadən Moldova Baş Prokurorluğunun bu ölkənin Müdafiə Nazirliyi və Latviyanın «Latspeceksports» şirkəti arasında Ukrayna və Ermənistana külli miqdarda silah satışına dair imzaladığı müqavilə üzrə açılmış cinayət işini «cinayət tərkibi olmadığı üçün» bağlanılması barədə qərar qəbul etdiyini bildirib.

Saziş üzrə Ukraynaya 11 ədəd 9P140 döyüş maşınının bazasında 220 mm çaplı “Uraqan” reaktiv yaylım atəş sistemi, bu sistem üçün 12 ədəd 9T452 tipli nəqliyyat-yükləmə maşını, 27 ədəd 9P149 “Şturm-S” tank əleyhinə kompleksinin özüyeriyən işəsalma qurğusu, 1344 ədəd S-8 KOM tipli raket, 219 ədəd 9M114 “Şturm-S” tipli tank əleyhinə idarə olunan raket, 1 ədəd 9V868 tipli “Şturm” nəzarət-yoxlama maşını, Ermənistana isə 1500 ədəd S-8 idarə olunmayan raketləri (NURS) çatdırılmalıdır.

Qeyd edək ki, Azərbaycanla müharibə vəziyyətində olan Ermənistana silah satışı faktı üzrə Moldova parlamentinin istintaq komissiyasının qətnaməsinə əsasən 25 aprel 2012-ci il tarixində cinayət işi açılıb. Mətbuata sızmış məlumatlara görə, Moldova hökuməti 2011-ci ilin sentyabrında gizli şəkildə Ermənistana 60 ton raket satıb.

Xatırladaq ki, bu gün Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev bu ölkənin müdafiə naziri Vitali Marinutsa ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumatda isə bildirilir ki, nazir görüşdə qarşılıqlı anlaşmaya əsaslanan strateji ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasını arzulayır.

Öz növbəsində səfir N.Əliyev dövlətlərin demokratik inkişafın təmin edilməsi və onların ərazi bütövlüyünün bərpa edilməsi üçün iki ölkə arasında mövcud olan əlaqələrin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyətini müzakirə edib, iki ölkənin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Moldova tərəfinin Ermənistana silah satışı ilə bağlı mətbuatda yayılan xəbərlərə toxunan nazir V. Marinutsa bildirib ki, Ermənistanla silah satışı ilə bağlı müqavilə ləğv edilib və bu məsələ ilə bağlı söhbət gedə bilməz. O qeyd edib ki, Müdafiə Nazirliyi və Moldova hökumətinin Ermənistana silah satışının dayandırılması ilə bağlı verdiyi vədlər qüvvədə qalır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR