Bakı-Hövsan yolunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölən və yaralananların adı bəlli olub - YENİLƏNİB 1 - FOTOSESSİYA

Bakı-Hövsan yolunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölən və yaralananların adı bəlli olub - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">FOTOSESSİYA
# 12 iyul 2014 14:10 (UTC +04:00)

3 saylı şəhər xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Hövsan qəsəbə sakini, 36 yaşlı Əhmədova Könül Əlixan qızı və yük maşınının sürücüsü, 25 yaşlı Sumqayıt sakini Heydərov Pərviz Aqil oğlu xəstəxanaya yerləşdiriliblər. Sürücüyə artıq ilkin tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.

Ölənlərin üçünün də “VAZ-2106” markalı avtomobildə olduğu bildirilir. Ölənlərin adlarına gəlincə, “VAZ-2106”nın sürücüsü, 24 yaşlı Ağayev Pünhan Səftər oğlu, 13 yaşlı Əhmədova Şahnaz Eldar qızı və onun 10 yaşlı qardaşı Əhmədov Elmar Eldar oğludur.

* * *

16:13

Bakı-Hövsan yolunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, “VAZ-2106” və “İSUZU” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qəzadan sonra Hövsan qəsəbəsinin girişində tıxac yaranıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR