İranın Dəməşqdəki mədəniyyət attaşeliyinin yaxınlığında partlayış baş verib

İranın Dəməşqdəki mədəniyyət attaşeliyinin yaxınlığında partlayış baş verib
# 02 may 2013 07:50 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Dəməşqdəki mədəniyyət attaşeliyinin binasına ziyan dəyib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, buna səbəb aprelin 30-da 13 nəfərin ölümü, 70 nəfərin yaralanması ilə nəticələnmiş Suriya paytaxtının Mərcə meydanında baş vermiş partlayışdır. Nəticədə binanın şüşələrinin sındığı, bəzi pəncərələrinin dağıldığı bildirilir. Hadisədə xəsarət alan olmayıb, hazırda attaşeliyin personalı işlərini davam etdirirlər.

Qeyd edək ki, İranın mədəniyyət attaşeliyi ilə yanaşı, İranın Həcc və Ziyarət Təşkilatı, həmçinin İranın ali dini lideri, ayətullah Əli Xamneyinin nümayəndəliyinin Dəməşqdəki ofisləri Mərcə meydanının yaxınlığında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR