Narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu keçirilib - FOTO

Narkomaniyaya qarşı mübarizə üzrə gənclərin regional forumu keçirilib - <span style="color: red;">FOTO
# 02 oktyabr 2015 14:53 (UTC +04:00)

Bakı-APA. Bu gün Salyan rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya Qarşı Mübarizə üzrə Gənclərin Regional Forumu” öz işinə başlayıb.

Gənclər üçün Təhsil Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərkəz tərəfindən keçirilən Forumun əsas məqsədi region gənclərinin sağlamlıq məsələlərinə diqqəti artırmaq, sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaq olub.

Forum Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

Forum dövlət himni səsləndirildikdən sonra öz işinə başlayıb. Açılış nitqi ilə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə forumun əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün yaranması zərurəti barədə fikirlərini bölüşüb. O, narkomaniyaya qarşı mübarizə sahəsində QHT-dövlət əməkdaşlığının çox uğurlu təşkili barədə forum iştirakçılarını məlumatlandırıb.

Daha sonra Salyan rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, BMT-nin Azərbaycandakı Nümayəndəliyinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, eləcə də ətraf rayonların gənclər və idman idarələrinin məsul əməkdaşları çıxış edərək, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər, həyata keçirilən proqram və layihələr barədə vermiş, gənclərə müvafiq tövsiyələrini çatdırıblar. Qeyd olunub ki, narkomaniya bəşəri problem olaraq bütün dünyanı əhatə etməkdədir və bunun çox təhlükəli fəsadları ola bilər. Bu bəlaya qarşı mübarizə çox ciddi məsuliyyət və zaman tələb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycanda da narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsas məsələlərindən biri kimi hesab olunmaqdadır.

Forumun ikinci hissəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən iştirakçı gənclərə narkomaniyaya qarşı mübarizə sahəsində məruzələr edilmiş, birgə əməkdaşlıq formaları müzakirə edilmiş və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Forumda Salyan və ətraf rayonlardan 500-ə yaxın yeniyetmə və gəncin iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR