Türkiyənin Van şəhərindən Təbrizə və Urmiyaya aviareys açılır

Türkiyənin Van şəhərindən Təbrizə və Urmiyaya aviareys açılır
# 01 mart 2013 17:41 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin “Borajet” aviaşirkəti bu gündən etibarən Van-Təbriz və Van-Urmiya aviareysləri həyata keçirəcək. APA-nın türk mediasına istinadən verdiyi məlumata görə, bu gün uçuşların başlaması ilə bağlı Van şəhərində tədbir keçirilib. Tədbirdə Van vilayətinin valisi Münir Karaloğlu, Urmiya bələdiyyəsinin rəhbəri Məhəmməd Həzrətpur Talatapeh və iki vilayətin yüksək rütbəli şəxslər iştirak ediblər.

M.Karaloğlu öz çıxışında bildirib ki, “Borajet”-in bu uçuşlar iki ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə yardımçı olacaq. Onun sözlərinə görə, bu həmçinin turizm, təhsil, mədəniyyət, idman əlaqələrin inkişafına da öz töhfəsini verəcək: “Bizim üçün Urmiya, Xoy, Bakı, Təbriz kimi şəhərlər çox vacibdir. Biz ayrı-seçkilik etmirik. Əsas odur ki bizim vətəndaşlar istədiyi yerə rahat gedib-gələ bilsinlər. Bu yaxınlarda biz Vandan Ərbilə və Süleymaniyyəyə də uçuşları da həyata keçirəcəyik”.

Qeyd edək ki Van-Təbriz aviareysi həftədə 3, Van-Urmiya reysi isə həftədə 2 dəfə gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR