IDEA quş sığınacaqları Belarusda da quraşdırılıb - FOTO

IDEA quş sığınacaqları Belarusda da quraşdırılıb - <span style="color: red;">FOTO
# 30 aprel 2013 13:21 (UTC +04:00)

Bakı-APA. IDEA kampaniyası hər il 11-12 may tarixlərində qeyd olunan Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə ilə Belarusun Berezinski Biosfer Qoruğunda quş sığınacaqları quraşdırılıb. Kampaniyadan APA-ya verilən məlumata görə, adı çəkilən qoruqda ümumilikdə 30-a yaxın quş sığınacaqlarının quraşdırılması baş tutub.

Qeyd edək ki, Berezinski Biosfer Qoruğu Belarus və Avropa təbii irsinin ayrılmaz tərkib hissəsini təşkil edir. Qoruq 1925-ci ildə enliyarpaqlı və iynəyarpaqlı meşə ilə örtülü sahənin unikal landşaftının qorunması və bu sahədə baş verən təbii prosesləri öyrənmək üçün yaradılıb.

Qoruğun zəngin flora və faunası var. Beləliklə, qoruqda 52 növ məməli, 217 növ quş, 10 növ suda-quruda yaşayan və s. var.

IDEA quş sığınacaqları daha öncə Bişkek və Moskva şəhərlərində quraşdırılıb.

IDEA (Ətraf Mühitin mühafizəsi üzrə beynəlxalq dialoq) kampaniyası köçəri quşların mühafizəsində ictimaiyyətin rolunu artırmaq və insanların təbiətə xüsusi qayğıkeş münasibətini formalaşdırmaq məqsədi ilə 2012-ci ilin may ayında Beynəlxalq Köçəri Quşlar Günü münasibətilə ilə “Quşlar üçün sığınacaq dizaynı” adı altında müsabiqə elan edib. Müsabiqəyə 100-dən çox eskiz təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR