Bakı sakinindən heroin götürülüb

Bakı sakinindən heroin götürülüb
# 02 may 2013 07:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakı sakinində xeyli miqdarda narkotik vasitə aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cavanşir Əliyevdə 300 qrama yaxın heroin aşkar edilib. Cavanşir Əliyevin əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR