“Zaminbank”da problemli kreditlərin çəkisi artıb

“Zaminbank”da problemli kreditlərin çəkisi artıb
# 06 may 2015 08:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Zaminbank”ın aktivlərinin həcmi 2015-ci ilin I rübündə 513,849 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,76% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,68% artaraq 331,020 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 218,979 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 44,79% azdır.

İpoteka kreditlərinin həcmi 46,948 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 2,20% azdır və kreditlərin 34,953 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Hesabat dövründə kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi 5,02% artaraq 12,706 mln. manata çatıb.

Depozit portfeli 2,96% artaraq 101,287 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 95,008 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,83% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 11,31% artaraq 57,339 mln. manata çatdığı halda, nizamnamə kapitalı 10,6% artaraq 52 mln. 181,8 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 58,48% azalaraq 5,088 mln. manat, xərcləri isə 62,73% azalaraq 4,336 mln. manat təşkil edib.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 752 min 48 manat təşkil edib ki, bu da illik müqayisədə 21,03% azdır.

Hazırda bankın ölkə üzrə 39 filialı, 39 bankomatı, 1891 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR