“Bakcell” gənc developerləri dəstəkləyən yeni layihəyə start verir

“Bakcell” gənc developerləri dəstəkləyən yeni layihəyə start verir
# 22 sentyabr 2014 14:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti gələcək nəsil mobil texnologiyalar sayəsində dünya lideri “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “AppLab” adlı innovativ layihəsinə start verir.

APA-Economics” xəbər verir ki, layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.

“AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

“Biz “Qualcomm” şirkəti ilə mühüm layihələr həyata keçirmişik. Biz bu il əməkdaşlığımızı ölkənin telekommunikasiya sektorunda olduqca əhəmiyyətli hadisə hesab olunan müxtəlif maraqlı layihələr çərçivəsində genişləndiririk. “Bakcell” həmçinin son üç ildə Azərbaycanın gənc developerlərə dəstək göstərmək üçün ilk dəfə olaraq həyata keçirilən layihələrin tərəfdaşı olub. İndi biz maraqlı ideyaları olan gənclərə “AppLab” layihəsi kimi gözəl bir fürsəti böyük məmnuniyyətlə təqdim edirik. Proqram inkişaf etdirmək prosesində “Bakcell” və “Qualcomm” şirkətləri tərəfindən onlara böyük dəstək göstəriləcək və biz inanırıq ki, bu layihə onların çox xoşuna gələcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Layihə çərçivəsində gənc developerlər “Bakcell” şirkətinin Sahil ofisində yerləşən internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz olunmuş yeni “AppLab” ofisində çalışa biləcək və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanına malik olacaqlar.

“Bakcell” və “Qualcomm” şirkətlərinin təşkil etdikləri xüsusi ekspert qrupu isə gənc developerləri geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəcəklər.

“AppLab” layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və ya öz tərcüməyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR