Xızıda yük maşını qəzaya uğrayıb, sürücü ağır xəsarət alıb

Xızıda yük maşını qəzaya uğrayıb, sürücü ağır xəsarət alıb
# 22 avqust 2015 07:50 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 63-cü km-də yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xızı rayonunun Stalçay qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 1988-ci il təvəllüdlü Baxşıyev Vasif Şaban oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobili aşıb. Nəticədə sürücü V.Baxşıyev müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR