Dövlət Statistika Komitəsi tərəfindən “Azərbaycanda uşaqlar” statistik məcmuəsi nəşr olunub

Dövlət Statistika Komitəsi tərəfindən “Azərbaycanda uşaqlar” statistik məcmuəsi nəşr olunub
# 02 avqust 2014 08:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Dövlət Statistika Komitəsi tərəfindən “Azərbaycanda uşaqlar” statistik məcmuəsi nəşr olunub.

Komitədən APA-ya verilən xəbərə görə, “Azərbaycanda uşaqlar” adlı illik statistik məcmuə ölkədə uşaqların sayının dəyişilməsini, eləсə də 2013-сü ildə sosial-demoqrafik prosesləri ötən illərlə müqayisəli şəkildə xarakterizə edən əsas göstəriсiləri əks etdirir.

Statistik məcmuəyə demoqrafik göstəricilər, təhsil, əhalinin yaşayış şəraiti, müalicəvi-profilaktik xidmətlər, sosial təminat, xəstəliklər və ölüm, cinayətkarlıq, iqtisadi və inzibati şəhər və rayonlar adlı bölmələrdən ibarət olmaqla, müvafiq olaraq 1990, 1995-2013-cü illərdə yaş qrupları, yaşayış yerləri, həmçinin cins və yaşlar üzrə uşaqların sayı, şəhər, kənd yerləri və cins bölgüsündə doğulan və ölənlərin sayı və əmsalları, əhalinin təkrar istehsalı göstəriciləri, müvafiq yaşlarda uşaqlar üçün gözlənilən ömür uzunluğu, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı və digər göstəricilər daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR