«Azərpoçt» Sabirabadda səyyar qəbul keçirəcək

«Azərpoçt» Sabirabadda səyyar qəbul keçirəcək
# 28 fevral 2013 07:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin rəhbərliyi tərəfindən respublikanın regionlarında vətəndaşların irad və təkliflərini yerində dinləmək məqsədilə səyyar qəbul keçirilir.

«APA-Economics»in Nazirliyə istinadən verdiyi məlumata görə, növbəti belə qəbul martın 1-də saat 11:00-dan 13:00-dək Sabirabadda təşkil olunacaq.

Qeyd edək ki, əhalinin poçt sahəsində yaranan suallarının cavablandırılması, onların maarifləndirilməsi, problemlərinin həllində kömək göstərilməsi, eləcə də digər lazımi tədbirlərin görülməsi məqsədi daşıyan səyyar qəbullar «Azərpoçt» tərəfindən mütəmadi olaraq regionlarda təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR