"Skype"dakı problemlər həll olunub

"Skype"dakı problemlər həll olunub
# 21 sentyabr 2015 21:01 (UTC +04:00)

Bakı-APA. "Skype"-ın texniki dəstəyi xidmətin işində yaranan problemləri həll edib,

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, messencer artıq işləyir.

Dünyanın bir çox ölkələrində "Skype"-a daxil olma problemi yaranmışdı, o cümlədən ABŞ-da, Hindistanda, Rusiyada, Danimarkada və digər ölkələrdə.

İstifadəçilər 10 saatdan artıq müddət ərzində statuslarını dəyişmək, digər istifadəçilərlə əlaqə yaratmaq və yaxud ümumiyyətlə xidmətə daxil ola bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR