İran orbitə öz istehsalı olan peyklər buraxacaq

İran orbitə öz istehsalı olan peyklər buraxacaq
# 05 oktyabr 2014 04:34 (UTC +04:00)

APA-nın verdiyi xəbərə görə, bu barədə “Fars News” İran Kosmik Agentliyinin rəisinin müavini Həmid Fazəliyə istinadən məlumat yayıb.

Məlumata görə, “Zəfər”, “Autsat” və “Tolu” adlanan peyklər yer səthinin təsvirini yerüstü stansiyalara ötürəcəklər.

Nəşr qeyd edir ki, İran 2014-cü ilin sonunadək “Şərifsat” və “Nahid” adlanan daha iki peykini orbitə buraxmaq niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR