Türkmənistanın TANAP-a qoşulması ilə bağlı dördtərəfli müzakirələr başa çatıb, tərəflər Anlaşma Memorandumu imzalayıb

Türkmənistanın TANAP-a qoşulması ilə bağlı dördtərəfli müzakirələr başa çatıb, tərəflər  Anlaşma Memorandumu imzalayıb
# 01 may 2015 14:51 (UTC +04:00)

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüşün əsas məqsədi Türkmənistan təbii qazının Trans-Anadolu Boru Xətti (TANAP) layihəsinə cəlb olunması ilə bağlı müzakirələrin aparılmasıdır.

Görüşdən sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, müzakirələrin yekununda Türkmənistanın təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb.

"Bu Anlaşma Memorandumunun Türkiyənin enerji siyasəti baxımından böyük faydası olacaq", - deyə nazir bildirib.

Qeyd edək ki, dördtərəfli müzakirələrdə T. Yıldız, Türkmənistan prezidentinin neft və qaz məsələləri üzrə köməkçisi Baymurat Hocamuhəmmədov, Azərbaycanın energetika naziri Natiq Əliyev və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç iştirak edirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR