Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri: Xocalı qətliamının soyqırımı kimi tanınması üçün tam hüquqi əsas var

Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri: Xocalı qətliamının soyqırımı kimi tanınması üçün tam hüquqi əsas var
# 01 mart 2015 01:27 (UTC +04:00)

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu sözləri Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev AZƏRTAC-ın və yerli “Askanews”, “Radicale”, “İl Giornale”, “Geopolitica”, “Globalist” kimi kütləvi informasiya vasitələrinin jurnalistlərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Soyqırımı” anlayışını mahiyyətini analiz edən diplomat bildirib ki, BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının ikinci maddəsinə əsasən etnik qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə onun üzvlərini öldürmək, fiziki və əqli ağır zərbələr vurmaq, həmin qrupun nümayəndələrini tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərdə saxlamaq soyqırımı hesab olunur. Belə ki, sadalanan bütün bu elementlər Xocalı faciəsi zamanı azərbaycanlılara qarşı tətbiq olunub.

Soyqırımın etnik qrupun qismən məhv edilməsi ünsürünə toxunan V.Hacıyev Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının “Prokuror Radislava qarşı” işində hər hansı əməlin soyqırımı aktı kimi tövsif edilməsi üçün etnik qrupun varlığına ciddi təhlükə yarada biləcək əhəmiyyətli bir hissəsinin məhv edilməsi şərtinin olduğunu və məhdud coğrafi zonada oxşar əməllərin törədilməsinin soyqırımı aktı kimi tövsif edildiyini xatırladaraq deyib: “Nəzərə alsaq ki, azərbaycanlıların sayına görə Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ikinci yeri tuturdu, bu zaman həmin bölgədə yaşayan azərbaycanlıların böyük bir hissəsinin məhv edilməsi niyyətinin olduğunu bəyan etmək olar. Xocalı soyqırımı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqları üçün tamamilə məhv etmək niyyəti ilə qəsbkar ermənilər tərəfindən törədilib. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı “Prokuror Radislava qarşı” işində qeyd edilir ki, soyqırımının tarixi nümunələri göstərir ki, tam və ya qismən məhv etmək niyyəti (cinayətin məkan və qurbanların sayı baxımdan miqyası) canilərin əlində olan imkanlara (imkan həddindən) görə ölçülür. Belə ki, Xocalıda əhalinin bir qisminin soyqırımından xilas olmasının səbəbi erməni tərəfinin mərhəmətindən irəli gəlmədiyini, sadəcə həmin şəxsləri öldürməyə müyəssər olmamaqları ilə bağlıdır. Faciə zamanı sadəcə qətliam törədilən ərazidən qaçmağa nail olan şəxslər həyatda qalmağı bacarıblar.

Mətbuat konfransında italiyalı jurnalistlərin Xocalı faciəsinin qurbanlarının azərbaycanlıların nəzarət etdiyi ərazidə öldürülməsi, faciə zamanı Azərbaycanın həmin dövrdəki rəhbərliyinin mülki əhalini qalxan kimi istifadə etməsi və jurnalist Çingiz Mustafayevin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi kimi ermənilərin cəfəngiyatlarla bağlı suallarına səfirliyimizin müşaviri foto və video materiallar vasitəsilə cavab verərək, ermənilərin bu iddialarının əsassız olduğunu sübut edib.

V.Hacıyev Ermənistan tərəfindən bu soyqırımına görə məsuliyyətin etiraf edilməsinin və Azərbaycan xalqından üzr istənilməsinin, işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının xalqlar arasında barış üçün stimul olacağını bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR