ATƏT: Həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünü müzakirə ediblər

ATƏT: Həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün mümkünlüyünü müzakirə ediblər
# 03 aprel 2015 07:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ATӘT-in Minsk qrupu həmsədrləri martın 31-də Vyanada Minsk qrupu üzvləri üçün rüblük brifinq keçiriblər.

Bu barədə ATӘT-in mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir.

Həmsədrlər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində hazırkı gərginliyi qiymətləndirib, tərəflərlə birlikdə hazırkı diplomatik səylərini qeyd ediblər: “Həmsədrlər bu ilin sonuna kimi prezidentlərin görüşünün mümkünlüyünü və hərtərəfli sülh razılaşmasının əldə olunması üçün tərəflərin danışıqları davam etdirməsinin vacibliyini müzakirə ediblər. Vasitəçilər ATӘT-in Minsk qrupu ölkələrinin və ATӘT-ə üzv ölkələrin qarşılıqlı etimad tədbirlərinin və təmas proqramlarının həyata keçirilməsində oynaya biləcəyi rolu da vurğulayıblar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR