Fransada keçirilən yerli seçkilərdə Nikolya Sarkozinin partiyası qələbə qazanır

Fransada keçirilən yerli seçkilərdə Nikolya Sarkozinin partiyası qələbə qazanır
# 29 mart 2015 21:13 (UTC +04:00)

Bakı – APA. Fransanın sabiq prezidenti Nikolya Sarkozinin rəhbərlik etdiyi “Xalq hərəkatı ittifaqı” ölkədə keçirilən yerli seçkilərin ikinci turunda böyük fərqlə qalib gəlir.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ekzit-polların nəticələrinə əsasən, Sarkozinin partiyası 60 yerli məclisdə qələbə qazanıb. Hazırkı dövlət başçısı Fransua Ollandın Sosialist partiyası isı 30 məclisdə mövqeyini itirib.

Qeyd olunur ki, bölgə məclislərinə keçirilən seçkilərin nəticələri Fransada 2017-ci ildə baş tutacaq prezident seçkilərinə təsir edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR