Ucar avtovağzalında qətl hadisəsi baş verib - YENİLƏNİB

Ucar avtovağzalında qətl hadisəsi baş verib - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2013 06:56 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, aprelin 3-də rayon avtovağzalında şəxsi münaqişə zəminində aralarında baş verən dava zamanı Ucar rayon Alpout kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Mircəlal Baba oğlu Ucar şəhər sakini, 1991-ci il təvəllüdlü Əliyev Rüfət İlham oğlunu bıçaqlayıb.

Ağır bədən xəsarətləri alan Rüfət Əliyev Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, orada dünyasını dəyişib.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Ucar Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

***

03 Aprel 2013 19:29

Ucar. Elvin Yaqubov - APA. Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında rayon avtovağzalında qeydə alınıb.

Ucar rayon Alpout kənd sakini, 1993-cü il təvəllüdlü Abbasov Mircəlal Baba oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ucar şəhər sakini 1991-ci il təvəllüdlü Əliyev Rüfət İlham oğlunu bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Rüfət Əliyev Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsi yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR