Xaçmaz, Zaqatala və Göygöl 2013-cü ilin Xalq Yaradıcılığı Paytaxtları elan edilib - FOTOSESSİYA

Xaçmaz, Zaqatala və Göygöl 2013-cü ilin Xalq Yaradıcılığı Paytaxtları elan edilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 fevral 2013 14:10 (UTC +04:00)

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən 2013-cü il üçün Xaçmaz şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", Zaqatala şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Göygöl şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib.

APA-nın məlumatına görə, bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə bu paytaxtların təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Ə.Qarayev bu layihənin həyata keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib və bunun regionların inkişafına müsbət təsir etdiyini vurğulayıb. Nazir deyib ki, Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir.

Nazir bildirib ki, Xaçmaz, Zaqatala və Göygöl rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulur. Tədbirdə dövlət və hökumət nümayəndələri, ictimai və incəsənət xadimləri iştirak ediblər. Daha sonra ötən ilki xalq yaradıcılığı paytaxtları olan Quba, Gədəbəy və Masallıya kuboklar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR