“SOCAR Georgia Gas” şirkəti tərəfindən aparılmış işlər nəticəsində Gürcüstanda 300 min ailə təbii qazla təmin olunub”.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze Xoni bələdiyyəsində yeni qazpaylayıcı şəbəkənin istismara verilməsi mərasimində deyib.
Nazir müavini bildirib ki, ölkə üzrə bütün kəndlərin qazlaşdırılması prosesi sürətlə davam etdirilir: “Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və təbii qazla təminatı olduqca vacibdir. Kəskin iqlim şəraiti olan ərazilərdə bu məsələ xüsusilə önəmlidir”.
R.Mikautadze qeyd edib ki, 2013-cü ildən etibarən Gürcüstan hökuməti bölgələrin qazlaşdırılmasına dövlət büdcəsindən 130 mln. laridən çox vəsait ayırıb.
Qeyd edək ki, bu gün “SOCAR Georgia Gas” şirkəti tərəfindən Xoni bələdiyyəsində 3 kəndi təbbi qazla təmin edəcək qazpaylayıcı şəbəkə istifadəyə verilib. Bələdiyyənin Didi Qubi, Patara Qubi və Şua Qubi kəndlərində 500-ə yaxın ailə təbii qazla təmin olunub.