Bu ilin 10 ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 mlrd. 145 mln. manata yaxın vəsait daxil olub

Bu ilin 10 ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 mlrd. 145 mln. manata yaxın vəsait daxil olub
# 12 noyabr 2014 12:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 mlrd. 144 mln. 974 min manat olub.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 34,9%-i mənfəət vergisinin, 26,9%-i əlavə dəyər vergisinin, 12,9%-i fiziki şəxslərin gəlir vergisinin, 10,4%-i aksizlərin, 14,9%-i isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 mlrd. 535 mln. 282,4 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR