Bank Of Baku

Komitə sədri: “İlyarım ərzində Bakının bir neçə rayonunda məcburi köçkünlər mənzillərlə tam təmin olunacaq”

Komitə sədri: “İlyarım ərzində Bakının bir neçə rayonunda məcburi köçkünlər mənzillərlə tam təmin olunacaq”
# 10 may 2019 10:51 (UTC +04:00)

“Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə daim dəstək göstərir”.

ONA-nın xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. 

Komitə sədri bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məsələsini hər zaman nəzarətdə saxlayır. 

“Yaxın bir il və ya ilyarım müddətdə Bakının bir neçə rayonunda məcburi köçkünlərin mənzillərlə tam təmin olunduğunu deyə biləcəyik. Ayyarım ərzində xeyli məcburi köçkün ailəsi Bakının Pirallahı rayonunda yeni yaşayış kompleksinə köçürüləcək”, - deyə o əlavə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR