Bərdədə mikroavtobus sürücüsü intihar edib

Bərdədə mikroavtobus sürücüsü intihar edib
# 09 avqust 2015 11:40 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu-APA. Bərdə şəhər sakini yaşadığı evdə özünə odlu silahdan atəş açaraq intihar edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə şəhər sakini Yusif Məmmədov yaşadığı evdə özünə məxsus ov tüfəngi ilə özünü öldürüb.

Onun həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Yusif Məmmədov uzun illər Bərdə-Bakı marşrutu üzrə mikroavtobus sürücüsü olub. Bir neçə ay əvvəl isə Bakı-Qazax magistralında qəzaya uğrayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR