Zakir Qaralov: "Bir il ərzində 7 nəfər vəzifədən azad edilib, 3 nəfər prokurorluq orqanlarından xaric olunub” - VİDEO

Zakir Qaralov: "Bir il ərzində 7 nəfər vəzifədən azad edilib, 3 nəfər prokurorluq orqanlarından xaric olunub” - <span style="color: red;">VİDEO
# 01 oktyabr 2015 07:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “2014-cü il oktyabrın 1-dən indiyədək olan dövr ərzində prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə 66 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, onlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub”.

APA-nın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində yazıb.

Onun sözlərinə görə, intizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR