Kristian Çiobanu: "NATO-Azərbaycan əməkdaşlığı qarşılıqlı fayda gətirir və regional və avroatlantik təhlükəsizliyə töhfə verir"

Kristian Çiobanu: "NATO-Azərbaycan əməkdaşlığı qarşılıqlı fayda gətirir və regional və avroatlantik təhlükəsizliyə töhfə verir"
# 08 may 2015 14:39 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. 6-7 may tarixlərində Şəmkir, Mingəçevir və Bərdədə “Azərbaycanla NATO arasında avroatlantik təhlükəsizlik və əməkdaşlıq: əvvəlki təcrübələr və perspektivlər” mövzusunda silsilə tədbirlər keçirilib. Rumıniyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi olan səfirlik, NATO Beynəlxalq Azərbaycan Məktəbi və Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirlərdə yerli universitetlərin müəllim və tələbə heyətinin bir hissəsi, yerli hakimiyyətlərin nümayəndələri iştirak edib.

Regional seminarların birinci paneli avroatlantik təhlükəsizliyin qurulmasında NATO-nun rolu, Azərbaycanın xarici siyasəti və avroatlantik inteqrasiyaya həs olunub. İkinci paneldə NATO-Azərbaycan münasibətlərin əsas istiqamətlərinə toxunulub.

Seminarlarda çıxışı zamanı Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çiobanu NATO-nun Azərbaycanın müxtəlif regionlarında tanıdılması ilə bağlı NATO-nun rezident-əlaqələndirilicisi kimi Rumıniya səfirliyinin həyata keçirdiyi diplomatik missiyanın əhəmiyyətini vurğulayıb: “Rumıniya səfirliyi münasibətlərin gələcəkdə daha da dərinləşməsi üçün əlverişli şəraitin yaradılması baxımından NATO siyasəti və dəyərləri barədə Azərbaycan gəncliyi arasında məlumatlılığın artmasına xüsusi önəm verir. NATO-Azərbaycan əməkdaşlığı qarşılıqlı fayda gətirir və regional və avroatlantik təhlükəsizliyə töhfə verir”.

Təbirdə NATO Beynəlxalq Azərbaycan Məktəbinin direktoru Tural Əhmədov və Xarici İşlər Nazirliyinin nümayəndəsi Nadir Saraclı da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR