Kürdəmirdə çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

Kürdəmirdə çoxmənzilli binaların əsaslı təmiri üçün 3 milyon manat ayrılıb
# 18 sentyabr 2015 15:22 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, sərəncamla Kürdəmir şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR