Sudanda yaraqlılar 50-dən çox insanı qətlə yetirib

Sudanda yaraqlılar 50-dən çox insanı qətlə yetirib
# 23 fevral 2013 18:20 (UTC +04:00)

Bakı-APA. Sudanın Darfur vilayətinin Əl Sireaf şəhərində yaraqlıların hücumu nəticəsində 50 nəfərdən çox insan qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi hadisə şahidlərinə istinadən məlumat yayıb.

Məlumata görə, hücumu yerli hərbiləşmiş qruplaşmanın üzvü olan ərəblər törədib. “Onlar pulemyotlardan istifadə edib və 30-dək evi yandıraraq, 53 nəfəri qətlə yetirib” – deyə şəhər sakinlərindən biri agentliyə bildirib. Agentlik qeyd edir ki, bir vaxtlar 100 minədək əhalisi olan bu şəhərin sakinlərinin çoxu mütəmadi olaraq etnik və dini zəmində baş verən münaqişələr səbəbindən şəhəri tərk edib.

Son 10 ildə Darfur vilayəti hökumət ordusu və çoxsaylı üsyançı qruplaşmaları arasında döyüş meydanına çevrilib. Regionda quldurluq və adam oğurluğu geniş vüsət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR